Sabah hava necə olacaq?

19.08.2015 13:57     Sosreaksiya     1866

Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək

Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata istinadən xəbər verir ki,  mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Qeyd olunub ki, avqustun 20-si axşam və avqustun 21-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun aşağı enməsi müsbət amildir. Avqustun 22-də mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi  meteohəssas insanlar üçün əlverişlidir.

Avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.  Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Şərhlər

Çox oxunanlar