Azərbaycanda partlayış səsi ilə bağlı RƏSMİ AÇIQLAMA
11.01.2022 13:08 Sosreaksiya 320
Sosial şəbəkələrdə Gəncə şəhəri ərazisində güclü partlayış səsinin eşidilməsi ilə bağlı məlumat yayılıb.
Bununla bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"a açıqlamasında şəhər ərazisində heç bir hadisənin baş vermədiyini bildirib:
"Gəncədə qəza və yaxud partlayış hadisəsi olmayıb. Eşidilən səs çox güman ki, hərbi təlimlərlə əlaqədardır".
Şərhlər