MN Seyfəli poliqonunda partlayışa görə əhalini təşvişə düşməməyə çağırıb
11.01.2022 13:24 Sosreaksiya 312
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - qeyd olunub.
Şərhlər