22 PKK-lı terrorçu öldürüldü

19.08.2015 15:37     Sosreaksiya     2680

PKK terror təşkilatına qarşı edilən polis əməliyyatlarında 22-si ölü, 13-ü yaralı olmaqla 35 terrorçu zərərsizləşdirilib.

Reaksiya.az xəbər verir ki, Ceylanpınarda iyul ayının 22-də 2 polis məmurunun evlərində yatarkən silahla vurularaq şəhid edilməsindən sonra 30 gün ərzində polis orqanları PKK terror təşkilatına qarşı aparılan əməliyyatlarda təxminən 2 min 700 nəfər saxlanılıb.

Ədliyyəyə sövq edilən şübhəlilərdən 650-si məhkəmədə həbs edilib, 600 nəfər isə nəzarət şərti ilə sərbəst buraxılıb.

Təhlükəsizlik qüvvələrinin əməliyyatlarında 450 kiloqram partlayıcı maddələrin yaradılmasında istifadə edilən ammonium nitrat TNT və A4, C4 tipi maddə, minaatan, pulemyotların da olduğu 10 ağır silah, 53 əl bombası, 47 kalaşnikof avtomatı, 95 tapança, 99 ov tüfəngi, 16 min mərmi, 1012 şüşə partlayıcı, 170 əl istehsalı olan bomba və çox sayda sənəd ələ keçirilib.

Şərhlər

Çox oxunanlar