Azərbaycanda ÜDM-in həcmi 92 milyard manatı keçib
15.01.2022 12:09 Sosreaksiya 280
İlkin məlumatlara əsasən 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb.
ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub.
Şərhlər