Azay Quliyevə fəxri diplom verildi - FOTOLAR

19.08.2015 16:00     Sosreaksiya     2261

Bu gün Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə geniş tədbir keçirilib.
 
Reaksiya.az xəbər verir ki, tədbirdə Dağlıq Qarabağ və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması mövzuları ətrafında layihə həyata keçirən QHT nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, bir azərbaycanlı olaraq üzərimizə düşən ən böyük iş Qarabağ məsələsidir:
 
“Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevi örnək götürməliyik. Hələ 2007-ci ildə Prezidentin diqqət yetirdiyi 5 məsələdən biri məhz Dağlıq Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyünün qorunması məsələsi problemi olub”.
 
Azay Quliyev daha sonra şuranın gördüyü işlərdən danışıb:
 
“QHT-lər tərəfindən indiyə qədər Qarabağla bağlı 41 layihələr həyata keçirib. Bu mövzuda 46 kitab nəşr edilib, yerli xə xarici 13 sayt fəaliyyət göstərib, 12-dən çox petisiya hazırlanıb.
 
Hazırda da bu mövzuda 2 film hazırlanır. Filmlərdən birinin ana mövzusu Ağdamın işğalı ilə bağlıdır, digər film isə Ramil Səfərovun Macarıstandakı məlum hərəkətinə daha dəqiq aydınlıq gətirilmək məqsədilə hazırlanır. Bundan başqa Şuşaya azadlıq kompaniyası keçirilib.
 
Sevindirici haldır ki, bu aksiyaya daha çox yeni yaranmış təşkilatlar qoşulmaqda maraq göstəriblər. Daha sonra Xocalı həqiqətlərini dünyada tanıtdırmaq məqsədilə bir sıra tədbirlər keçirilib. Bu məqsədilə İtaliyada Xocalı həqiqətləri motivlərində tamaşa hazırlanıb.
 
Görülən işlərdən biri və ən böyüyü də Ermənistan prezidenti Serj Sarkisyanın ədalət məhkəməsində cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı keçirilən aksiya olub. Bu layihə çərçivəsində Sarkisyanın ədalət məhkəməsi tərəfindən yarğılanması mümkün olmasa da bir işğalçı kimi ifşasına nail olunub”.
 
Daha sonra Qarabağ qeyri hökumət təşkilatları koalisiyasının sədri Vüqar Qədirov, QHT sədri Əkbər Qoşalı, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı və digərləri çıxış ediblər.
 
Şura sədri Azay Quliyev Qarabağ qeyri hökumət təşkilatları koalisiyası tərəfindən fəxri diplomla təltif edilib. Çıxış edənlər QHT-lərə Dövlət Dəstəyi Şurasının Qarabağ mövzusunda gördüyü işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki, bu istiqamətdə aparılan işlər daha da genişləndirilməli, eyni mövqe və müştərək fəaliyyətlər sərgilənməlidir.

Şərhlər

Çox oxunanlar