Xaçmazda ana və qızı dəm qazından zəhərləndi - 9 YAŞLI UŞAQ ÖLDÜ

16.01.2022 15:45     Sosreaksiya     384

Xaçmaz rayonunda dəm qazından boğulma faktı qeydə alınıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Kənd sakinləri 1987-ci il təvəllüdlü Nargözəl Əhmədova və qızı 9 yaşlı Maral dəm qazı zəhərlənməsi diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Göstərilən ilkin tibbi yardım və reanimasion tədbirlərə baxmayaq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Nə.Əhmədovanın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reaksiya.az

 
 
 
 

Şərhlər