Metroda gedişhaqqı qalxacaqmı?
17.01.2022 12:31 Sosreaksiya 317
Hazırda müəyyən obyektiv və subyektiv səbəblərdən dünyada, eləcə də Azərbaycanda bir çox məhsullarda, eləcə də xidmət sahələrində qiymət artımları müşahidə olunmaqdadır. Ona görə “Bakı Metropoliteni”ndə də gedişhaqqı qiymətlərinin artıb-artmayacağı da insanları düşündürən məsələlər sırasındadır.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Moderator.az-a açıqlamasında bildirdi ki, pandemiya dövründə dünyada və ölkədə müəyyən çətinliklər olsa da, bu müddət ərzində biz dəfələrlə bəyan etmişik ki, metropolitenə hökümət tərəfindən lazım olan dəstək göstərilib: “İstər işçilərimizin maaşları, istərsə də metroplotenin inkişafı, eyni zamanda zəruri ehtiyaclarının ödənməsi baxımından Nazirlər Kabineti, aidiyyəti üzrə dövlət qurumları tərəfindən ehtiyaclarımız hər zaman qarşılanıb.
Qiymətlərin qaldırılması birbaşa Tarif Şurasının səlahhiyyətindədir. “Bakı Metropoliteni” isə qiymətlərin tənzimlənməsi üçün hər hansı quruma müraciət ünvanlamayıb”.
Bəxtiyar Məmmədov açıqlamasında bu il üçün 20 və ya yeni vaqondan ibarət 4 yeni qatarın istifadəfəyə veriləcəyini də bildirib: “Hazırda onların istehsalı planlaşdırılmış qaydada aparılır. Bu ilin yay aylarında qatar və vaqonlarımız paytaxtımıza gətiriləcək. Onlar sınaq tənzimlənmə işlərindən sonra xəttə buraxılacaq”.
Hər zaman gündəmdə olan metroda “Wifi” məsələsinə gəldikdə isə müsahibimiz qeyd etdi ki, ölkəmizdə olan mobil operatorlar metropalitenin stansiya və tunellərində lazım olan 4G və digər surətdə interneti təqdim edə bilir. Bunun üçün hazırda metroda “Wifi” tətbiq olunması o qədər də aktual məsələ deyil.
Şərhlər