Azərbaycan Ordusunun bölük komandirləri ilə təlim toplanışları keçirilib - VİDEO

17.01.2022 14:06     Sosreaksiya     275

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
 
Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
 

Şərhlər

Çox oxunanlar