ANAMA: "Şuşada mina təhlükəsi yoxdur"

18.01.2022 12:08     Sosreaksiya     273

"Şuşada mina təhlükəsi yoxdur, ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhəri partlayıcı sursatlar və minalardan təmizlənib".
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, Şuşa şəhəri və ətraf bölgə üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub.
S.Poladov vurğulayıb ki, Ağdam ərazisində də mina təmizləmə işləri davam etdirilir. Onun sözlərinə görə, vətəndaşların səfəri üçün nəzərdə tutulan ərazilər minalardan tam təmizlənib və təhlükəsizlik təmin edilib.
 

Şərhlər

Çox oxunanlar