“Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir”
18.01.2022 13:43 Sosreaksiya 275
“Azad edilmiş ərazilərə səfər üçün bir vətəndaş digər şəxs üçün bilet ala bilər. Həmin vətəndaş sistemə öz adı ilə daxil olub öz kartı ilə ödəniş edə bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur”.
"Reaksiya.az" xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, biletlər kimin adınadırsa, yalnız o şəxslər səfərdə iştirak edə bilərlər. Biletlərin kənar şəxslərə verilməsi yolverilməzdir. Bütün biletlər QR-kod vasitəsilə avtobuslara minən zaman aidiyyəti qurumların əməkdaşları tərəfindən yoxlanılacaq.
R. Hümmətov qeyd edib ki, əslən azərbaycanlı olan, lakin xarici ölkə vətəndaşı olan həmvətənlərimizin ilkin mərhələdə bu səfərlərdə iştirakı nəzərdə tutulmayıb. Bu və digər məsələlər növbəti mərhələlərdə nəzərə alınacaq və yaranan suallar da öz həllini tapacaq.
Şərhlər