Bakıda dəhşətli qəza: Sərnişin avtobusu "KamAZ"la toqquşdu, ölən var

07.06.2015 13:46     Sosreaksiya     1840

Bakının Sabunçu-Zabrat yolunda ölümlə nəticələnən ağır qəzasının bəzi detalları bəlli oldu.

ANS PRESS-in məlumatına görə, qəzada toqquşanlar 214 saylı “Daewoo” markalı marşrut avtobusu və “Shacman” markalı yük avtomobildir.

İlkin məlumata əsasən 1 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb. Şahidlərin avtobus sürücüsünün öldüyünü deyirlər.

Toqquşanın zərbəsindən “Shacman”ın sürücüsü avtomobilin kabinasında sıxılmış vəziyyətdə qalıb. Onu hadisə yerinə cəlb edilmiş FHN xilasediciləri çıxararıblar.

Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.

Şərhlər