Təqaüdə göndərilən generala yeni vəzifə verildi

19.01.2022 12:39     Sosreaksiya     468

Ötən həftə təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, S.Əliyev DİN-in Katibliyində mülki şəxs kimi işə qəbul olunub və mütəxəssis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Bu vəzifəyə isə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.

Reaksiya.az

Şərhlər