Erməni cinayətləri rəsmiləşdirilib... – Baş prokuror
20.01.2022 11:56 Sosreaksiya 317
Erməni cinayətləri rəsmiləşdirilib, sübutlar toplanılıb.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunlar beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə olunub:
“Həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində işlərimiz davam etdirilir. Bir neçə belə hal olub. Bunlarla bağlı mətbuata əvvəllər də bildirmişik ki, Azərbaycana qarşı törədilmiş cinayətlərdə iştirakı olan Ermənistan vətəndaşları və erməni əsilli şəxslər məsuliyyətə cəlb edilib, məhkum olunub və onlar cəzalar alıblar. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk və etdirəcəyik”.
Şərhlər