"Hələ də ikili standartlar mövcuddur" - Ombudsman
20.01.2022 13:33 Sosreaksiya 387
“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq günüdür. Biz şəhidlərimizi hörmət və ehtiramla anırıq. 32 il əvvəl sovet ordusu dinc əhaliyə divan tutdu. Ulu öndər Heydər Əliyev bütün təhdidlərə baxmayaraq, xalqın faciəsinə biganə qalmayaraq onun yanında oldu. Təəssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət hələ də verilməyib”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
Səbinə Əliyeva bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu hadisəyə hüquqi-siyasi qiyməti verdi:
“2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olundu. Mina xəritələrinin düzgün olmamasına görə məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması prosesi ləngiyir. Çünki Ermənistan bütün əraziləri minalayib. Bununla bağlı müəyyən qurumlara müraciət etmişik. Lakın təəssüf ki, hələ də ikili standartlar mövcuddur”.
Şərhlər