PKK-dan Türkiyə ordusuna bomba tələsi - 8 hərbçi şəhid oldu - VİDEO

19.08.2015 18:32     Sosreaksiya     2369

Türkiyədə PKK terrorçuları tərəfindən Türkiyə əsgərləri olan minik vasitəsi partladılıb, 3-ü zabit olan 8 hərbçi şəhid olub.

Reaksiya.Az-ın məlumatına görə, terrorçular Siirt-Pervari yolunda, Üçyol mövqesində uzaqdan idarə olunan bomba tələsi qurublar.

Partlayışdan sonra zirehli avtomobil darmadağın olub, içindəki hərbçilərin hamısı həlak olub.

Türkiyə Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada hadisənin Türkiyə vaxtı ilə 14:10 radələrində (Bakı vaxtı ilə 16:10) baş verdiyi bildirilib.

Hadisə ilə bağlı Siirt-Pervari yolu bağlanılıb, geniş miqyaslı hava əməliyyatı başladılıb.

Şərhlər