Mikayıl Cabbarov: "Azərbaycanda 2019-cu ildən əmək müqavilələrinin sayı 283 min artıb"

21.01.2022 12:08     Sosreaksiya     291

2019-cu ilin əvvəlində gəlir vergisi üzrə islahatların başlanmasından indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 283 minədək artıb.
 
Reaksiya.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
 
"Əmək müqavilələrinin sayı o cümlədən qeyri-neft özəl sektorda 233 mindən çox artıb", - M. Cabbarov bildirib.
 

Şərhlər