Gəncədə ata ilə qızı dəm qazından zəhərləndi - Ölən var

23.01.2022 17:21     Sosreaksiya     292

Gəncə şəhərində dəm qazı iki nəfərin zəhərlənməsinə səbəb olub.

"Reaksiya.az" xəbər verir ki, şəhər sakinləri olan ata və qızı – 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun azyaşlı qızı – 2018-ci il təvəllüdlü Atamova Fatimə evdə zəhərlənib.

Ata boğularaq ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilib.

Şərhlər

Çox oxunanlar