Tural Sadıqlı barədə axtarış elan olundu

27.01.2022 15:37     Sosreaksiya     332

Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edilib.

 Bakı şəhər Baş Polis İdarəsindən Reaksiya.az-a verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.

Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Reaksiya.az

Şərhlər