Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən - AÇIQLAMA

31.01.2022 12:10     Sosreaksiya     306

"Dünya ölkələri Omikron ştamı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, epidemioloji vəziyyətə uyğun addımlar atıla bilər".

Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb.

Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur: "Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştamı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştamlar isə bir neçə gün ərzində özünü göstərirdi.

Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm".

Reaksiya.az

Şərhlər