Komissar: “Aİ sərhədlərin delimitasiya və demarkasiyasına yardım etməyə hazırdır”
04.02.2022 19:13 Sosreaksiya 315
“Biz Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında maraqlıyıq”.
APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi bildirib.
Varhelyi deyib ki, Aİ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yardım göstərməyə hazırdır: “Aİ minatəmizləmə sahəsində tək texniki deyil, maliyyə dəstəyi verməyə də hazırdır. Çalışacağıq ki, müəyyənləşdirək görək dəstək hansı formalarda verilə bilər. Aİ tək barışıq deyil, yenidənqurma səylərinə də dəstək verə bilər”.
Aİ komissarı Azərbaycanı regionda açar rolu oynayacaq tərəfdaş kimi gördüklərini də vurğulayıb.
Şərhlər