Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
08.02.2022 14:44 Sosreaksiya 342
"Hazırda Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, araşdırmalar ölkədə orta ömür uzunluğunun 77 yaşdan çox olduğunu göstərir: "Hətta pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması planlaşdırılmır. Hətta hazırda dünya təcrübəsində pensiya yaşının 65-dən yuxarı qaldırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir".
Şərhlər