Goranboyda intihara cəhd: iki polis yaralandı

10.02.2022 12:09     Sosreaksiya     305

Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Bu barədə Reaksiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınsa da, bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar