“Tərtər işi” ilə bağlı daha böyük həbslər gözlənilir – Fazil Mustafa
11.02.2022 13:57 Sosreaksiya 705
“Tərtər işi” ilə bağlı proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”.
Reaksiya.az xəbər verir ki, bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa “Tərtər işi” ilə bağlı həbs olunanlarla bağlı danışarkən deyib.
Onun fikrincə, istintaq yenidən başlayıbsa, burada heç bir güzəşt ola bilməz:
“Baş Prokurorluqdan bildirilib ki, istintaqa cəlb olunmayan kimlər varsa, müraciət etsinlər, onların müraciəti əsasında məsələ bir daha araşdırılacaq. İstintaq tamam olmamış öncədən konkret nəsə demək doğru deyil. Hazırda “Tərtər işi” ilə niyə az insan həbs olunub?” deyə bilmərik. İstintaq yenidən başlayıbsa, burada başqa bir güzəşt ola bilməz. İçimizdə şübhə gəzdirmək doğru deyil. Əgər məqsəd bu işi ört-basdır etmək olsaydı, heç yenidən bunu başlatmağa gərək qalmazdı. Bu məsələ ölkə başçısının nəzarəti altındadır. Fikrimcə, bu gizlədilməli bir məsələ olmayacaq və məsələnin üzərinə ciddi şəkildə gediləcək. Yəqin ki, nəticəsi də olacaq. Hələ ki gözləməliyik, çünki proses öz axarı ilə gedir. Mənə elə gəlir ki, daha böyük həbslər olacaq”.
Şərhlər