Bəzi yollar buz bağlayacaq

14.02.2022 14:13     Sosreaksiya     290

Fevralın 15-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Reaksiya.az-ya bildirilib ki, fevral ayının 15-də gecə və axşam saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Göyçay-Ucar, Gəncə-Daşkəsən, Gəncə-Samux, Hacıqabul-Şirvan, Salyan-Neftçala, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Gecə və səhər dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar