“Azərbaycanın Qarabağ həqiqətləri-post münaqişə dövründən sonra yaranan reallıqlar və çağırışlar!” adlı layihəyə start verilib
10.02.2022 15:53 Sosreaksiya 561
"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın Qarabağ həqiqətləri-post münaqişə dövründən sonra yaranan reallıqlar və çağırışlar!” adlı layihənin həyata keçirilməsinə start verir.
Layihənin icra müddəti 3 ay olmaq şərti ilə əsasən Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.
Post münaqişə dövründən sonra yaranmış reallıqlar, ölkənin gələcəyi üçün dövlət, vətəndaş cəmiyyəti və mətbuat arasında sıx əməkdaşlıq tələb edir. Bu reallıqların dünya ictimaiyyətinə eləcə də gələcək nəsillərə çatdırılması üçün layihə çərçivəsində müxtəlif məzmunlu ictimai müzakirə və debatların keçirilməsi eləcə də elm xadimlərindən müsahibələrin alınması qərara alınmışdır.
Ümumilikdə məqalə və reportajların, videomaterialların əksəriyyətində Azərbaycanın torpaqlarının bir hissəsinin uzun illərdən bəri, işğala məruz qalması, Azərbaycanın beynəlxalq hüquq və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi, işğal altında olan ərazilərdə erməni vandallığı və s. öz əksini tapacaqdır. Sosial şəbəkələr vasitəsilə dünyanın nüfuzlu media orqanlarına məlumatlar göndəriləcək.
Nəzərdə tutulan fəaliyyətlər sosial media, internet TV, saytlar və sosial şəbəkələr vasitəsilə yaymlananaraq beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılacaq.
Şərhlər