“Bandotdel”dən - Əməliyyat - VİDEO
16.02.2022 12:08 Sosreaksiya 424
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirib.
DİN Mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Astara və Lerik rayonları ərazisində qiymətli palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib. Həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən kəsildiyi məlum olub.
Adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyev saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər. Onların ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Şərhlər