Azərbaycanla İran arasında birbaşa uçuşlar bu tarixdən bərpa ediləcək

16.02.2022 12:10     Sosreaksiya     295

Bu ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində paylaşıb.

"İki ölkə əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcəkdir", - səfir qeyd edib.

Reaksiya.az

Şərhlər