Prezidentin yüksək vəzifəyə təyin etdiyi Elgin Həbibullayev KİMDİR? - DOSYE

18.02.2022 12:27     Sosreaksiya     173

Prezident İlham Əliyev Elgin Şirin oğlu Həbibullayevin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Elgin Həbibullayevin dosyesini təqdim edirik.

Əldə etdiyimiz məlumata görə, E.Həbibullayev icra başçısı təyin olunanadək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olub. Bundan əvvəl isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov komandasında Gəncə və Sumqayıt şəhərlərində çalışıb.

Belə ki, Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə Elgün Həbibullayev başçının köməkçisi olub.

Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman isə E.Həbibullayevi əvvəlcə özünə köməkçi, sonra müavin təyin edib.

O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur. 

Reaksiya.az

Şərhlər