Erməni əsgərin meyiti tapıldı
17.03.2022 12:16 Sosreaksiya 301
Ermənistan ordusunun döyüş mövqeyində güllə yarası almış əsgərin meyiti aşkarlanıb.
Bu barədə erməni mediası xəbər verir.
Bildirilir ki, 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyan ölkənin cənub-şərq sərhədində ölüb. Hadisə 16 martda, saat 21.10 radələrində baş verib.
Qeyd edək ki, bu, başıpozuq vəziyyətdə olan erməni ordusunda təkcə son həftə ərzində ikinci hadisədir.
Şərhlər