"Google"un robotu sınaq yürüşünə çıxıb

20.08.2015 04:11     Sosreaksiya     2194

"Google" şirkəri bu ilin əvvəlində təqdim etdiyi tək gəzən və zərbələrə qarşı müvazinətini itirməyən "Spot" adlı robotdan sonra bu gün yeni, insana oxşayan ikinci robotunu sınaq yürüşünə çıxarıb. "Atlas" adlandırılan bu robot insandan fərqlənmir. Robotun hazırlanmasında əsas məqsəd insanların girə bilmədiyi yerlərə girmək, xilasetmə işlərində istifadə etməkdir. Belinə bağlanan elektrik naqili ilə hərəkət edən robotun ilk sınağı uğurlu olub. İndilik əsas məqsəd robotun sərbəst hərəkətini təmin etməkdir. 
Şirkətdən verilən məlumata görə bundan əvvəlki "Spot" adlı robot artıq daha da inkişaf etdirilərək pilləkənləri rahat qalxa bilir.

Şərhlər

Çox oxunanlar