Azərbaycan vətəndaşları Rusiyanın vasitəçiliyi ilə Ukraynadan çıxarılıb
17.03.2022 13:34 Sosreaksiya 440
"Rusiya Azərbaycan vətəndaşlarını da Ukraynadan çıxarıb".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin aktiv vasitəçiliyi ilə 31 min nəfərdən çox insan çıxarılıb. Onlardan 25 nəfəri xarici ölkələrin vətəndaşıdır. Bunlar Türkiyə, Azərbaycan, Banqladeş, Pakistan, İsveç, Misir, İtaliya, Mərakeş və Tunis vətəndaşlarıdır
Şərhlər