Metroda bomba həyəcanı

20.08.2015 04:44     Sosreaksiya     1767

Kiyev metrosunda həyəcanlı anlar yaşanıb. Naməlum şəxs telefonla zəng vuraraq metroda bomba olduğunu bildirib.

Reaksiya.az-ın məlumatına görə, təhlükəsizlik məqsədi ilə 200 sərnişin tez bir zamanda metrodan çıxarılıb. 

Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupunun metroda axtarışlarından sonra məlum olub ki, edilən zəngin heç bir əsası yoxdur. 

"Anonim zəngdən sonra metro stansiyası və onun ətafındakı ərazilərdə partlayıcı qurğuların və ya maddənin olub-olmaması məqsədi ilə ərazi yoxlanılıb. Heç bir şübhəli predmet aşkar edilməyib”. - deyə nazirliyin məlumatında bildirilir.

Hazırda hüquq-mühafizə orqanları naməlum zəngin kim tərəfindən edildiyini araşdırır.

Şərhlər

Çox oxunanlar