Bakı təhlükəsizlik üzrə siyahıya düşüb

20.08.2015 05:05     Sosreaksiya     1642

Reaksiya.az Ans Pressə istinadən xəbər verir ki, reytinqə əsasən Azərbaycan paytaxtı 100 baldan mümkün olan 62,3 bal yığıb. Bu isə dünya şəhərlər arasında 103-cü yer təşkil edir. Sabitlik və təhlükəsizlik üzrə Bakı 65 bal alıb, səhiyyə- 66,7 bal, ekologiya və məniyyət üzrə - 60,6 bal, təhsil səviyyəsi- 75 bal, infrastruktur üzrə isə 50 bal. 

Bakı İstanbulu (113-cü yer, 57,8 bal) , Tehranı (130-ci yer, 47,2 bal) və Kiyevi (132-ci yer, 43,4 bal) qabaqlamağı bacarıb. Liderlərin üçlüyünə Melbrn (97,5 bal), Vyana (97,4) və Vankuver (97,3) düşüb. Dəməşqlə (29,3) reytinq bitir.

Siyahıya Rusiya şəhərləri də daxil olublar. Sankt-Peterburq 77 yeri (74,1bal) tutub, Moskva şəhəri isə 81-ci yeri ( 72,8 bal). Qazaxıstanın Almatı şəhəri 100-cü (65,3bal) yerdə qeydə alınıb.

EIU-nun elektron resursunun səhifələrində qeyd edilir ki, orta hesabla bütün dünyada həyat tərzi 1% enib. Bu isə 2,2% sabitlik və təhlükəsizlik kimi aspektlərinin azalmasını təşkil edir. 

“Global Liveability Rankinq 2015” məruzəsi dünya şəhərlərin həyat üçün yararlığı üzrə reytinq tətbiq edib.

Şərhlər

Çox oxunanlar