"ARTIQ SİYASƏTLƏ MƏŞGUL OLMURAM..." - Mehdiyev AMEA-ya niyə getdiyini açıqladı

18.03.2022 15:31     Sosreaksiya     119

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Musavat"a açıqlama verib. 

Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb. Bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.

Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib: "Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".

Reaksiya.az

Şərhlər