İntihar etmək istəyərkən polis tərəfindən öldürüldü
20.08.2015 06:10 Sosreaksiya 1871

Hadisə Belçikanın Liege şəhərində baş verib. Bir nəfər polisə zəng vuraraq intihar edəcəyini deyib. Hadisə yerinə gələn polis vətəndaşı fikrindən daşındırmağa çalışıb. Adam cibində silah olduğunu deyərək əlini cibinə salıb. Polis isə daha cəld davranaraq atəş açıb. Yaralanan şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Prokurorluq məsələ ilə bağlı araşdırma apardığını deyib.
Şərhlər