Bulvardakı kafedə partiya sədrinə və mətbuata hörmətsizlik!

07.06.2015 14:06     Sosreaksiya     1733

Dənizkənarı Milli Parkda yerləşən "Palma" kafesinin əməkdaşları Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə və Azərbaycan jurnalistlərinə qarşı hörmətsizlik ediblər.
 
Reaksiya.Az portalı siyasətçinin "Facebook" statusunu təqdim edir:
 
"Dünən dənizkənarı parkda (Bulvarda) çay sifariş verdim. Soruşdular, yanında nə gətirək? Dedim, heç nə. Qayıtdı ki, biz bu qayda ilə yalnız 2 gün işlədik. Sonradan müdiriyyət tapşırıq verdi ki, media, mətbuat - filan boş şeydir, 8 - 10 manatdan aşağı, dəm - dəstgahsız kimsəyə çay verməyin.
Əvvəl adı ofisiant gəldi, sonra baş ofisiant, daha sonra icraşı - filan. Axıra qədər də dirəşdilər. İsrar elədilər. Yəni, xoşundu iç, xoşun deyil - qapılar açıqdı.
Təbii, məsələnin məğzi, mövzunun kökü 8 - 10 manatda deyil. Söhbət ondan gedir ki, bunlar düz iki gün əvvəl sosial şəbəkələrin, medianın təsiri ilə qiymətləri endirdilər. Amma üçüncü gün yenidən öz axarlarına, adət - ənənələrinə qayıtdılar.
Çay içmədim. Çıxarkən isə dedim, məsələni ictimailəşdirəcəm. İnanın, veclərinə belə gəlmədi. Hətta mediaya mesaj göndərməyi də unutmadılar: "Müəllim, o mətbuatdakı bərkgedən dostlarınıza deyin, onların sözü bizim üçün külək kimi bir şeydir, burdan alıb o birinə veririk. Yazı - filanla qarın doyurmaq olmaz. Özlərinə əziyyət verməsinlər".
P.S Söhbət Bulvardakı məşhur "PALMA" kafesindən gedir...
 
Bu kafenin sahibləri kimə və nəyə güvənirlər? Onların hərisliyini təmin etmək üçün, qarşılarında nə borcumuz var? Aidiyyatı olan qurumlar kafelərə doğrudanmı nəzarət edir, yoxsa mətbuatın gözündən pərdə asırlar? Məsələyə qayıdacağıq... 

Şərhlər