Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi
02.04.2022 12:03 Sosreaksiya 294
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunua əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilib.
Qeyd edilib ki, qanuna əsasən, hesabatlarını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu barədə yazılı xəbərdarlıq ediləcək. Bundan sonra maliyyə hesabatlarını 30 gün müddətində təqdim etməyən təşkilatlar İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
Şərhlər