Dietoloq papa məsləhətlər verdi

20.08.2015 10:11     Sosreaksiya     2317

Katoliklərin ruhani lideri Papa Francis işin əhəmiyyəti ilə bağlı danışarkən etdiyi zarafatla gülüşmələrə səbəb olub. "İşləmək istəməyən, yemək də tapa bilməz" - deyən Papa bunun arıqlamaq üçün möcüzə bir resept olduğunu söyləyib.

Reaksiya.az xəbər verir ki, Vatikanda minlərlə katoliklə bir araya gələn Papa Francis burada etdiyi çıxışda, “iş” mövzusuna həsr edib. “Tanrının yaradıcı dizaynının bir hissəsi” kimi xarakterizə etdiyi işin müqəddəs olduğunu söyləyən Papa, işçilərin ciddi və dürüst insan profilinin ən yaxşı nümunəsi olduğunu müdafiə edib.

İşçilərin cəmiyyətdə kimsəyə yük olmadan yaşadıqlarına diqqət çəkən Papa müqəddəs Paolonun "İşləmək istəməyən, yemək də tapa bilməz" sözünü xatırladarkən, "Bu, arıqlamaq üçün möcüzə bir reseptdir" deyə zarafat edib.

İşsizliyin ruhu yaraladığını, buna yol açan isə ağır bir sosial çevrilişə səbəb olduğunu dilə gətirən Papa, böyük bir insani və ictimai məsuliyyət olan məşğulluq rəhbərliyinin, az sayda adam ya da tanrılaşdırılmış bir sərmayənin əlində qalmayacağını söyləyib.

 

Şərhlər

Çox oxunanlar