Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edildi

11.04.2022 12:44     Sosreaksiya     253

Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.

Bu barədə  Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.

Məlumatda qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdı:

“Hadisələrin ilk günündən Azərbaycan höküməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər”.

Reaksiya.az

Şərhlər