“Google”u ildırım vurdu

20.08.2015 10:11     Sosreaksiya     2123

“Google”-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub.
 
Reaksiya.az xəbər verir ki, nəticədə istifadəçi məlumatları qismən silinib.  

Avqustun 13-də başlayan ildırım “Google Compute Engine” servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itirib. Sonradan bəzi məlumatları xilas etmək mükün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.

Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi “Google” tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.

Şərhlər