Ağdaşda 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

11.04.2022 12:56     Sosreaksiya     106

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 16 yaşlı Ağdaş rayon sakininin ana olması ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayon sakini olan 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

“Məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.

Reaksiya.az

Şərhlər