Bakının mərkəzinə piyadaları da buraxmırlar
07.06.2015 14:56 Sosreaksiya 1188

Mülki geyimli şəxslər sakinləri Bakının mərkəzindən və bulvardan sıxışdırır
Bakının mərkəzində və bulvara yaxın küçələrdə mülki geyimli şəxslər insanları “Tarqovu” adlanan Nizami küçəsi istiqamətində sıxışdıraraq, onların sərbəst hərəkətinə əngəl törədirlər.
Reaksiya.Az-ın həmin ərazidə olan əməkdaşı sakinlərə təzyiq edən şəxslərə yaxınlaşıb, amma onlar özlərini təqdim etməyiblər. Sadəcə deyiblər ki, Avropa Oyunları məşəli gələcək, şəhərin mərkəzində, İçərişəhər və Dənizkənarı Milli Park istiqamətində hərəkət qadağandır.
“Qadağa”nın nə qədər davam edəcəyi isə bildirilməyib. Bu hal sakinlərin narazılığına səbəb olub, bəzilərinə isə hətta öz evinə getmək üçün belə imkan yaradılmır. İnsanları bu qədər sıxışdırmağa, Avropa Oyunları məşəlini sakinlərdən belə yolla təcrid etməyə çoxmu ehtiyac var idi?
Reaksiya.Az
Şərhlər