XİN-dən İstanbul hava limanında qalan soydaşlarımızla bağlı AÇIQLAMA
12.04.2022 12:56 Sosreaksiya 327
"Nəzərinizə çatdırmaq istərdik ki, Ukraynadakı vəziyyətlə bağlı 18.000-dən çox vətəndaşımız bu ölkəni quru yolla qonşu dövlətlərin ərazisinə keçməklə tərk edib”.
Bunu Reaksiya.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, dövlət başçısının tapşırığı ilə vətəndaşlarımızın təxliyəsi həm birbaşa çarter reysləri (ümumilikdə dövlət tərəfindən19 çarter reysi təşkil edilib), həm də avtomobillər vasitəsilə təşkil edilib:
“Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 11.000 nəfər vətəndaşımız, Polşa Respublikasına 4049 nəfər vətəndaşımız, Rumıniyaya 2291 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 236 nəfər vətəndaşımız, Macarıstana 613 nəfər vətəndaşımız daxil olub. Vətəndaşlarımızın təxliyəsi prosesində bütün aidiyyəti diplomatik nümayəndəliklərimiz iştirak edib. Məlumat üçün bildirmək istərdik ki, Bolqarıstan ərazisinə quru yolla daxil olan Azərbaycan vətəndaşlarından 7177 nəfəri Türkiyə ərazisindən keçməklə ölkəmizə daxil olub və bu vətəndaşların təxliyəsinə Türkiyədəki diplomatik nümayəndəliklərimiz yardımçı olub".
Şərhlər