Misir təhlükəsizlik binasında partlayış - 6 polis yaralandı

20.08.2015 10:28     Sosreaksiya     2458

Bu gün səhər saatlarında Misirin paytaxtı Qahirənin şimalında yerləşən dövlət təhlükəsizlik binasının yaxınlığında bombalı avtomobil partlayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Misir Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, şəhərin şimalındakı Şubra rayonunda baş verən partlayış nəticəsində 6 polis əməkdaşının yaralandığı xəbər verilir. Hələlik kiminsə öldüyü barədə məlumat yoxdur.

Hücuma görə heç kəs məsuliyyəti üzərinə götürməyib.

Qahirədə son dövrdə baş vermiş bombalı hücumların arxasında duran şimali Sinaidə yerləşmiş yaraqlı qruplar özünü İslam Dövləti (İD) adlanan qruplaşmaya bağlayır.

Partlayışların əsas hədəfləri Misir təhlükəsizlik qüvvələridir və yaraqlılar hücumların davam edəcəyinə söz verib.

Cümə axşamı baş vermiş bombalı avtomobil hücumu Abdul Fattah al-Sisinin ölkədə artan islamçı qiyamla mübarizə üçün nəzərdə tutulmuş yeni anti-terror qanunlar təsdiq etdikdən sonra baş verib. 

Şərhlər

Çox oxunanlar