Pandemiya dövründə yazılan cərimələr ləğv edilsin - Təklif
12.04.2022 13:28 Sosreaksiya 308
Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.
Reaksiya.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Qeyd edək ki, deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.
Şərhlər