SOCAR prezidentinin müşaviri işdən çıxarıldı

18.04.2022 15:54     Sosreaksiya     374

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri Rəşad Əliyev vəzifəsindən ayrılıb.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf əmr imzalayıb.

Qeyd edək ki, Rəşad Əliyev SOCAR-a təyinat almazdan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 2019-cu ilədək isə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi olub. R.Əliyev daha sonra SOCAR-ın prezidentinin müşaviri təyin olunub.

Reaksiya.az

Şərhlər