General-polkovniklər Ermənistanla sərhəddə

21.04.2022 12:09     Sosreaksiya     114

Aprelin 19-21-də Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Bu barədə Reaksiya.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infra­struk­turunun yaradılması üzrə Azər­baycan Prezi­denti, Si­lah­lı Qüv­vələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb.

Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçi­rilən fəa­iyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərə­kətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunub.

Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhə­miyyəti vurğulanıb.

Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti mü­şa­virələr keçirilib, vəzifəli şəxslərin xid­məti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilib, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə zəruri tapşı­rıq və tövsiyələr verilib.

Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib.

 

Şərhlər