Yalçın Miriyev işdən çıxarıldı

21.04.2022 13:05     Sosreaksiya     510

Neftçala rayon Gənclər və İdman İdarəsinin rəisi Yalçın Miriyev vəzifəsindən azad edilib.

Reaksiya.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Nazirin digər əmri ilə, Yalçın Miriyevin yerinə Araz Əhmədov təyinat alıb.

Qeyd edək ki, o bu təyinatadək Neftçala Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

 

Şərhlər