“Z” simvolu Qarabağda da peyda oldu

22.04.2022 14:03     Sosreaksiya     116

Qarabağdakı rus sülhməramlılarından birinin qolunda “Z” hərfi yazılmış şevronla xidmət apardığını əks etdirən görüntü yayılıb.

Bu barədə sosial şəbəkələrdə foto yayılıb.

Fotoda rus sülhməramlısının yanındakı şəxsin Azərbaydan Ordusunun hərbi formasında olması da diqqəti cəlb edir.

Qeyd edək ki, “Z” işarəsinin Rusiyanın Qərb Hərb Dairəsinin nişanı olduğu haqda ehtimallar mövcuddur. Qarabağda yerləşdirilən sülhməramlılar isə Rusiyanın Cənub Hərb Dairəsindən təşkil edilib. Buna baxmayaraq, onların tərkidində Qərb Hərb dairəsindən əsgərlərin olması da mümkündür.

Reaksiya.az

Şərhlər